Astara rayon Mərkəzi kitabxanası

Astara rayon MKS
Tədbirlər
26 Dekabr , 2016

26 dekabr 2016-cı il tarixdə Astara rayon Mərkəzi kitabxanasında 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon MKS-nin direktoru Tural Eyvazov bildirib ki, Azərbaycanı dünyaya sülhsever ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Son illər respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımız istiqamətində Ulu Öndər tərəfindən həyata keçirilən daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Bayramov, rayon MKS-nin direktor müavini İlyas Məmmədov, Mərkəzi kitabxananın şöbə müdiri Nərgiz Məhərrəmova çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanda yaşayan azsaylı xalqlara və etnik qruplara göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdılar, Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildirdilər.