Astara rayon Mərkəzi kitabxanası

Astara rayon MKS
Tədbirlər
27 Dekabr , 2016

27 dekabr 2016-cı il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsinin əməkdaşları Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı orta məktəbin V sinif şagirdləri ilə birlikdə Astara Tarix-Diyarşünaslıq muzeyində ekskursiyada olmuşlar.

Ekskursiyanın əsas məqsədi Azərbaycan tarixinin mərhələlərini əks etdirən  eksponatlar, sənətkarlıq və maddi və mədəniyyət nümunələri ilə tanış olmaq və şagirdlərdə tarix elmi haqqında  bilikləri daha da möhkəmləndirməkdən ibarətdir. Muzeyin əməkdaşı şagirdlərə muzeyin tarixi haqqında geniş məlumat verdi. Şagirdlərimiz burada qorunan Azərbaycan dövlətçilik rəmzləri, milli geyimlərimiz, əmək alətləri və digər eksponatlarla  tanış oldular. Muzeyə ekskursiya onlarda xoş təəssürat yaratdı.