Astara rayon Mərkəzi kitabxanası

Astara rayon MKS
Tədbirlər
15 Dekabr , 2017

15 dekabr 2017-ci il tarixdə Sabirabad rayonunda Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsinin təltifolma mərasimi keçirilmişdir. "İlin ən yaxşı kitabxanası" müsabiqəsində "İlin ən yaxşı Mərkəzi kitabxanası" nominasiyası üzrə Astara rayon Mərkəzi kitabxanası qalib adını almışdır.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova müsabiqə haqqında məlumat verdi. Vurğulandı ki, bu ilki müsabiqə əsasən kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil edilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında "İlin ən yaxşı mərkəzi kitabxanası”, "İlin ən yaxşı uşaq şöbəsi" və "İlin ən yaxşı kitabxana filialı" nominasiyaları üzrə keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "İlin ən yaxşı kitabxanası" müsabiqəsində "İlin ən yaxşı Mərkəzi kitabxanası" nominasiyası üzrə kitabxananın direktoru Tural Eyvazovu qalib adını alması münasibəti ilə təbrik etmiş, kitabxana sisteminin daha da inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadənin artırılması günün tələbi olduğunu qeyd etmişdir.