Astara rayon Mərkəzi kitabxanası

Astara rayon MKS
Xəbərlər
11 Dekabr , 2017

11 dekabr 2017-ci il tarixdə Kijəbə qəsəbə kitabxanasının işçiləri ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Kijəbə qəsəbə Bayraq meydanında ulu öndərin büstü qarşısında anım mərasimi keçirmişlər. Anım mərasimində kitabxananın fəal oxucuları iştirak etmişlər.

İlk öncə mərasim iştirakçıları ulu öndərin büstü qarşısında tər çiçəklər qoymuşlar.

Kijəbə qəsəbə kitabxanasının müdiri Vidadi Məhərrəmov dahi şəxsiyyətin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərindən söz açmışdır. Qeyd etmişdir ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı... Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı... O dağınsa zirvəsi çox ucadır, ucadan da uca... Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq...